Bakı.Trend:
Abşeron rayonu Masazır qəsəbəsində bir qrup gəncin motosikletləqaydaları kobud şəkildə pozması görüntüəri sosial şəbəkələrdəyayılıb. Görüntülərdə Əliağa Vahid küçəsində hərəkət edən üçmotosikletin sürücüləri və sərnişinlərinin motodəbilqə taxmadığı,həmçinin digər hərəkət iştirakçılarına qarşı qeyri-adekvatdavranışlar nümayiş etdirdiyi görünür.
Məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsindənTrend-əbildirilib ki, sözügedən görüntülər araşdırılır. Qurum bir dahamotosiklet sürücülərinə müraciət edərək yol hərəkəti qaydalarınaciddi əməl etməyə, xüsusilə də təhlükəsizlik üçün motodəbilqə vədigər qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.
Hadisəni əks etdirən görüntülər: