AZ

Meloni Trampın Papa ilə bağlı şərhlərini qəbuledilməz adlandırıb

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampın Papa Leo XIV haqqındakı fikirlərini qınayıb.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Politico məlumat yayıb."Prezident Trampın Müqəddəs Ata haqqındakı şərhlərini qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması və bütün müharibə formalarını pisləməsi haqlıdır", - deyə o bildirib.Həmçinin qeyd olunub ki, Amerika liderinin açıqlamaları ənənəvi olaraq Trampı dəstəkləyən İtaliya sağçı siyasətçiləri tərəfindən də pislənib. Məsələn, İtaliya Baş nazirinin müavini və Liqa partiyasının lideri Matteo Salvini milyardlarla katolikin mənəvi liderinə edilən hücumların əsassız və yersiz olduğunu qeyd edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr