“Qarabağ” növbəti mövsüm heyət planlamasını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi Marko Yankoviçlə sözləşməni uzatmaq niyyətindədir. Baş məşqçi Qurban Qurbanov təcrübəli futbolçunun komandadan ayrılmasını istəmir.
31 yaşlı yarımmüdafiəçi isə təklifləri dəyərləndirmək niyyətindədir. O, ölkəsinə qayıtmağı düşünür.
Yankoviçi buraxmaq istəməyən rəhbərlik isə onu razı salmağa çalışır. Təcrübəli yarımmüdafiəçiyə yayda yeni sözləşmə təklif ediləcək.
Xatırladaq ki, Yankoviçin Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ildə başa çatır.