AZ

ABŞ İranda bütün məqsədlərinə çatıb Vens

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Birləşmiş Ştatlar İranda bütün məqsədlərinə nail olub və münaqişəni başa çatdırmaq mərhələsinə keçə bilər.

Gununsesi.info-nun məlumatına görə, Vens Fox News-a müsahibəsində deyib: “Düşünürəm ki, biz artıq elə bir vəziyyətdəyik ki, məqsədlərimizə çatmışıq. Bu prosesi tədricən dayandırmağa başlaya bilərik”.

O əlavə edib ki, münaqişəni uğurlu danışıqlarla başa çatdırmağa üstünlük verərdi.

ABŞ və İran aprelin 11-də danışıqlar aparıblar. Tərəflər razılığa gələ bilməyiblər. İkinci raund danışıqların vaxtı məsələsinə gəlincə, Cey Di Vensin sözlərinə görə, bu sualı İran tərəfinə ünvanlamaq daha düzgün olar, çünki “top onların tərəfindədir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr