AZ

Vensdən Papaya ismarış: "Mənəvi məsələlərlə Vatikan, siyasətlə Tramp məşğul olmalıdır"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Leo ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan ziddiyyəti şərh edib.
 
Moderator.az xəbər verir ki, Vens bu barədə "Fox News" telekanalında çıxışı zamanı danışıb.
 
O, Vatikana siyasətə deyil, mənəvi məsələlərə və Katolik Kilsəsinə diqqət yetirməyi tövsiyə edib:
 
"Vatikanın diqqətini kilsədəki vəziyyətə və mənəvi məsələlərə yönəltməsi, Birləşmiş Ştatların prezidentinin isə Amerikanın dövlət idarəçiliyi ilə məşğul olması daha doğrudur".
 
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp onun siyasi kursuna etiraz edən pontifikə ehtiyac duymadığını vurğulayaraq Roma Papasını kəskin tənqid edib. XIV Leo isə cavabında Tramp administrasiyasından qorxmadığını bildirib.
 
Qeyd edək ki, Roma Papası XIV Leo daha öncə İran xalqına ziyan vurmamağa çağırış etmiş və İslam Respublikasının vətəndaşlarına yönəlmiş təhdidlərin qəbuledilməz olduğunu bildirmişdi. /oxu.az/
 
Seçilən
27
1
moderator.az

2Mənbələr