AZ

Bankların qiymətli kağızlar portfeli üzrə son ildə artım müşahidə edilib – AMB

Bakı. Trend:

Ötən il Azərbaycanda bankların qiymətli kağızlar portfeli üzrəson ildə artım müşahidə edilib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

“2024-cü ilin sonu ilə müqayisədə qiymətli kağızlar portfelininhəcmində 2.5% (239 mln. manat) artım qeydə alınıb. Bununla yanaşıümumi aktivlərdə daha sürətli artım tempi müşahidə olunduğu üçünqiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən ilin sonuilə müqayisədə 17.7%-dən 16.8%-ə dəyişib”, - məlumatda qeydedilib.

Ümumilikdə, 2025-ci il ərzində bank sektorunun cəmi aktivləri7.7% (4.1 milyard manat) artaraq 57.1 milyard manat təşkil edib.Cəmi öhdəlikləri isə 7.2% (3.3 milyard manat) artaraq 49.7 milyardmanata bərabər olub. Nəticədə, bank sektorunun dərinlik göstəricisiolan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.3faiz bəndi artaraq 44.2%-ə çatıb.

Seçilən
15
1
az.trend.az

2Mənbələr