Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mübarizəsi davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün daha iki seriyada ilk oyunlar baş tutacaq.
Əvvəlcə "Abşeron Lions" və "Şəki" komandaları parketə çıxacaq.
Günün ikinci oyununda "Sabah" "Naxçıvan"ı sınağa çəkəcək.
Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.
ABL, pley-off ilk oyunlar
17:00 "Abşeron Lions" - "Şəki"
Bakı İdman Sarayı
20:00 "Sabah" - "Naxçıvan"
Bakı İdman Sarayı