AZ

Aİ-nin enerji xərcləri gündə 500 milyon avro artır

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı (AB) Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə AB Komissiyası üzvlərinin Yaxın Şərqdəki hadisələrin AB iqtisadiyyatına təsiri ilə bağlı görüşünün ardından açıqlamalar verib.

Banco.az xəbər verir ki, Von der Leyen bölgədə atəşkəs elan edildiyini, lakin danışıqların hazırda dalana dirəndiyini və prosesin necə davam edəcəyinin bəlli olmadığını bildirib. O əlavə edib ki, istənilən razılaşma İranın nüvə və ballistik raket proqramları və Hörmüz boğazında dəniz nəqliyyatına mane olan hərəkətləri ilə bağlı narahatlıqları həll etməlidir.

 "Hörmüz boğazının bağlanmasının davam etməsi böyük zərər verir. Naviqasiya azadlığının bərpası bizim üçün son dərəcə vacibdir",- deyə o qeyd edib.

Von der Leyen İsrailin Livana davam edən hücumlarının bütün prosesi poza biləcəyindən narahatlığını ifadə edərək, Livana hücumlar davam edərkən Yaxın Şərqdə və ya Körfəzdə sabitliyə nail olmaq mümkün olmadığını bildirib. O, əlavə edib: "Buna görə də bütün tərəfləri Livanın suverenliyinə hörmət etməyə və tam atəşkəs rejimini tətbiq etməyə çağırırıq".

Von der Leyen Yaxın Şərqdəki hadisələrin Aİ-nin enerji xərclərini də əhəmiyyətli dərəcədə artırdığına diqqət çəkərək deyib: "Münaqişənin başlamasından bəri 44 gün ərzində qazıntı yanacaq idxal xərclərimiz 22 milyard avrodan çox artıb. Aİ-nin enerji xərcləri gündə 500 milyon avro artır".

Von der Leyen enerji böhranının iqtisadiyyatlara da təsir etdiyini və bölgədəki münaqişələrin dərhal bitməsinə baxmayaraq, Fars körfəzindən enerji təchizatında fasilələrin bir müddət davam edə biləcəyini qeyd edib.

Seçilən
24
1
banco.az

2Mənbələr