"Vatikan siyasi bəyanatlar verməkdənsə, mənəvi məsələlərə və Katolik Kilsəsi daxilindəki vəziyyətə diqqət yetirməlidir".
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti C.D. Vans "Fox News"a müsahibəsində deyib.
Vens bunu Papa Leo XIV ilə ABŞ prezidenti Donald Tramp arasında Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı fikir ayrılıqları səbəbindən yaranan münaqişə fonunda deyib.
Qeyd edək ki, aprelin 7-də İtaliyada çıxışı zamanı Roma Papası Prezident Trampın İrana və onun xalqına qarşı təhdidlərini tamamilə qəbuledilməz adlandırıb. O, beynəlxalq ictimaiyyəti mümkün hərbi münaqişənin mülki şəxslər üçün nəticələrini nəzərə almağa çağırıb.
Gülayə Mecid