Türkiyəli professor Şevket Özkaya deyib ki, “cırcırama” adlandırılan yeni COVID-19 variantı ABŞ və Avropada yayılmağa başlayıb. Məlumata görə, BA.3.2 variantı azı 25 ştatda aşkarlanıb. Professor bildirib ki, ümumi yoluxma göstəriciləri hazırda aşağı səviyyədə qalsa da, bu variant dünya üzrə yayılmasını davam etdirir. Proses, xüsusilə ötən payızdan etibarən müşahidə olunur.
Yeni COVID dalğası gəlir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, COVID pandemiyası bu xəstəliyin gedişi, yoluxma forması və intensivliyinin qripə çox yaxın olduğunu göstərdi:
“Belə ki, xəstəlik hava-damcı yolu ilə sürətlə yayılır və qripə bənzər əlamətlər yaradır. Təbii ki, fərqli cəhətləri də mövcuddur. Bütövlükdə isə görünən odur ki, COVID-19 tamamilə sıradan çıxmaq istəmir və insanların həyatında qalmaqda davam edə bilər. Bu virusun qrip kimi hər il yeni formalarda ortaya çıxması ehtimalı var. Əslində, bu proses əvvəllər də müşahidə olunub. Keçən əsrin 60-cı illərindən etibarən koronaviruslar insanlarda soyuqdəymə xəstəlikləri törədirdi və sonradan pandemiyaya səbəb oldu”.