AZ

ABŞ Yaxın Şərqdə 15 gəmi toplayıb

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə ən azı 15 hərbi gəmidən ibarət qüvvə topladığı bildirilir.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu gəmilər mümkün dəniz blokadası əməliyyatlarında iştirak edə bilər.

ABŞ rəsmisinin açıqlamasına əsasən, bölgədə bir təyyarədaşıyan gəmi və 11 esmines də daxil olmaqla, geniş hərbi donanma yerləşdirilib. Bu addımın ABŞ Prezidenti Donald Trampın göstərişi ilə atıldığı və İran limanlarına, eləcə də, ölkədən çıxan dəniz nəqliyyatına qarşı blokada planı ilə əlaqəli olduğu bildirilir.

Hazırda hərbi gəmilərin dəqiq yerləşdiyi mövqelər və hansılarının birbaşa blokadada iştirak edəcəyi açıqlanmır. Əvvəlki məlumatlara görə, bu qüvvələr ABŞ Mərkəzi Komandanlığı əməliyyat zonası üzrə müxtəlif nöqtələrdə yerləşdirilib.

Bölgədə yerləşdirilən əsas hərbi vasitələrə təyyarədaşıyan “USS Abraham Lincoln” daxildir. ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesləri arasında “USS Bainbridge”, “USS Thomas Hudner”, “USS Frank E. Petersen Jr.”, “USS Delbert D. Black”, “USS John Finn”, “USS Michael Murphy”, “USS Mitscher”, “USS Pinckney”, “USS Rafael Peralta”, “USS Spruance” və “USS Milius” yer alır.

Bundan əlavə, amfibiya hazırlıq qrupuna “USS Tripoli”, “USS New Orleans” və “USS Rushmore” daxildir.

Əlavə olaraq, bölgədə digər hərbi dəniz qüvvələrinin də mövcud olduğu bildirilir.

Digər tərəfdən, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi də hazırda Aralıq dənizinin şərq hissəsində fəaliyyət göstərir. Gəmi daha əvvəl təmir üçün Yunanıstana göndərilmişdi.

Məlumata görə, bu gəminin də potensial əməliyyatlara qoşulması üçün Süveyş kanalı vasitəsilə və ya Afrika ətrafından keçid etməsi tələb oluna bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
qafqazinfo.az

1Mənbələr