ABŞ administrasiyası İrana qarşı həyata keçirilən hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu və münaqişənin mərhələli şəkildə başa çatdırılmasının mümkün olduğunu hesab edir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Mən həqiqətən hesab edirəm ki, məqsədlərimizə çatdığımız bir mərhələdəyik. Artıq gərginliyin azaldılmasına başlaya bilərik”, – deyə o qeyd edib.