AZ

Alkoqolu bədəndən anında təmizləyir: Səhər oyananda başınız ağrımasın istəyirsinizsə, bunu edin

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yapon naringisindən hazırlanan sirkə və "konfet ağacı" meyvəsinin ekstraktı alkoqolun bədəndən daha sürətli atılmasına kömək edir."Food & Function" jurnalında dərc olunan araşdırmaya görə, bu qarışıq qaraciyərin zədələnməsinin qarşısını almaqla yanaşı, sərxoşluğun mənfi təsirlərini də azaldır.Cənubi Koreyanın Sunçxon Milli Universitetinin alimləri müəyyən ediblər ki, bu təbii tərkib qanda etanolun və zəhərli maddə olan asetaldehidin səviyyəsini xeyli aşağı salır.Məlumdur ki, asetaldehid alkoqolun parçalanması zamanı yaranan və güclü baş ağrısı, ürəkbulanma, halsızlıq kimi hallara səbəb olan əsas faktordur. Qaraciyər fermentləri bu zəhəri təmizləməyə çatdırmadıqda, o, qanda toplanaraq orqanizmi zəhərləyir. Tədqiqat zamanı bu xüsusi qarışığı qəbul edən şəxslərdə alkoqolun qalıqlarının digərlərinə nisbətən daha tez yox olduğu müşahidə edilib.Ekspertlər bu effekti qarışığın tərkibindəki antioksidantların qaraciyər hüceyrələrini qoruması və parçalayıcı fermentləri aktivləşdirməsi ilə izah edirlər. Hələlik təcrübələr kiçik bir qrup üzərində aparılsa da, nəticələr kifayət qədər ümidvericidir.Alimlər yaxın gələcəkdə daha genişmiqyaslı sınaqların keçirilməsini planlaşdırırlar.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr