AZ

AB Macarıstan qarşısında 27 şərt qoyub FT

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropa Birliyi Macarıstanın gələcək Baş naziri Peter Magyar üçün ölkəyə ayrılmış 35 milyard avro həcmində Avropa subsidiyalarının dondurulmuş hissəsinin açılması müqabilində 27 şərt irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, şərtlərdən biri Ukraynaya 90 milyard avroluq kreditin blokdan çıxarılması və Rusiyaya qarşı sanksiyalar paketinə qoyulan vetonun ləğv edilməsidir. Həmçinin AB Macarıstandan korrupsiyaya qarşı yoxlamaların aparılmasını və Viktor Orban dövründə qəbul edilmiş, AB qaydalarını pozan qərarların ləğvini tələb edir. Bu qərarlar sığınacaq axtaran şəxslərlə davranışdan tutmuş akademik azadlığın təmin edilməsinə qədər geniş sahələri əhatə edir.

Nəşrdə qeyd olunur ki, Avropa Komissiyasının nümayəndələri həmçinin Macarıstanın Avropa Məhkəməsinin qərarına əməl etməməsi səbəbindən yaranmış problemi həll etmək üçün Macarıstan tərəfi ilə təcili danışıqlar gözləyir. Məhkəmə Budapeştin sığınacaq qanunvericiliyini AB qaydalarına zidd hesab edib. Bu mübahisə səbəbindən Macarıstan gündəlik 1 milyon avro cərimə ödəyir və ümumi məbləğ artıq təxminən 900 milyon avroya çatıb.

“Bizim çoxlu təsir rıçaqlarımız var. Peter Magyar üzərində təzyiq var və düşünürəm ki, o, mümkün qədər tez nəticə əldə etmək istəyir”, – deyə Avropa rəsmisi jurnalistlərə bildirib.

Nəşr həmçinin xatırladır ki, Peter Magyar baş nazir vəzifəsinə başladıqdan sonra ilk xarici səfərini Varşava və Vyanaya etməyi, daha sonra isə Brüsselə getməyi planlaşdırdığını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
axar.az

1Mənbələr