AZ

Hollivud ulduzları “Paramount” və “Warner Bros” razılaşmasına qarşı çıxıb

BAKI, 14 aprel. TELEQRAF

1000-dən çox kino xadimi və aktyor “Warner Bros Discovery” ilə “Paramount Skydance” arasında planlaşdırılan razılaşmaya qarşı açıq məktub imzalayıb.

Teleqraf xəbər verir ki, 110 milyard dollar dəyərində nəzərdə tutulan bu birləşmənin ABŞ media sektorunda rəqabəti azaldacağı və bazarda konsolidasiyanı gücləndirəcəyi qeyd olunub.

Məlumata görə, məktubu imzalayanlar arasında məşhur aktyorlar Ceyn Fonda, Xoakin Finiks və Mark Ruffalo da yer alıb.

Qeyd olunur ki, sənəddə bu cür birləşmənin yaradıcılar üçün imkanları azaldacağı, iş yerlərinə təzyiq göstərəcəyi, xərcləri artıracağı və tamaşaçılar üçün seçim imkanlarını məhdudlaşdıracağı vurğulanıb.

Bildirilib ki, sözügedən razılaşma Hollivudun ən böyük studiyalarını və onların məzmun bazalarını birləşdirəcək, həmçinin “Paramount+” və “HBO Max” platformalarının vahid sistemdə toplanmasını nəzərdə tutur.

Məlumata görə, ABŞ və Avropa tənzimləyici qurumlarının bu razılaşmanı ciddi şəkildə araşdıracağı gözlənilir.

Seçilən
41
teleqraf.com

1Mənbələr