AZ

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

Vaşinqton, 14 aprel, AZƏRTAC

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Associated Press” mənbəyə istinadla yazıb. Bildirilir ki, tərəflər atəşkəs gələn həftə bitməzdən əvvəl altı həftəlik müharibəyə son qoymaq məqsədilə yeni şəxsi danışıqlar aparırlar.

Mənbə yeni danışıqlar mərhələsi ilə bağlı müzakirələrin hələ də davam etdiyini bildirib. Vasitəçi ölkələrdən birinin diplomatı isə Tehran və Vaşinqtonun buna razılıq verdiyini açıqlayıb.

Eyni nümayəndə heyətinin danışıqlarda iştirak edib-etməyəcəyi məlum deyil.

Adını açıqlamayan diplomat və ABŞ rəsmiləri bildiriblər ki, Pakistanın İslamabad şəhəri yenidən ev sahibi kimi müzakirə olunur. ABŞ rəsmiləri, həmçinin Cenevrə ehtimalının olduğunu və məkan və vaxtın müəyyən edilməməsinə baxmayaraq, danışıqların cümə axşamı baş tuta biləcəyini bildiriblər.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
61
50
azertag.az

10Mənbələr