AZ

ABŞ daha bir gəmini vurdu Ölənlər var Video

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir gəmiyə ölümcül zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, əməliyyat “Southern Spear” adlı birgə işçi qüvvə tərəfindən həyata keçirilib və qərar komandan general Frensis Donovan tərəfindən verilib.

Kəşfiyyat məlumatlarına əsasən, hədəf alınan gəminin Şərqi Sakit Okeanda tanınmış narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət etdiyi və qanunsuz dövriyyəyə cəlb olunduğu müəyyən edilib.

ABŞ tərəfi gəminin “təyin edilmiş terror təşkilatları” ilə əlaqəli strukturlar tərəfindən idarə olunduğunu bildirib.

Əməliyyat nəticəsində gəmidə olan iki nəfər zərərsizləşdirilib. ABŞ hərbi qüvvələrinin isə əməliyyat zamanı heç bir itki vermədiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
qafqazinfo.az

1Mənbələr