AZ

Meloni Trampın Papaya qarşı açıqlamalarını qəbuledilməz adlandırıb

BAKI, 14 aprel. TELEQRAF

İtaliyanın baş naziri Corcia Meloni ABŞ prezidenti Donald Trampın Roma Papası Leo ilə bağlı səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.

Teleqraf xəbər verir ki, Meloni bu açıqlama ilə Trampa nadir hallarda yönələn açıq tənqidlərdən birini edib.

Məlumata görə, Trampın Papaya qarşı sərt ifadələri və özünü dini fiqura bənzər şəkildə təqdim edən görüntü paylaşması geniş narazılıq yaradıb.

Qeyd olunur ki, Papa Leo ABŞ administrasiyasından çəkinmədiyini bildirib və İranla bağlı müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini vurğulayıb.

Meloni isə bildirib ki, Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülh çağırışları tamamilə normaldır.

Məlumata görə, İtaliya siyasi dairələrində də Trampın bu addımı tənqid edilib və bəzi siyasətçilər Papaya qarşı hücumların düzgün olmadığını qeyd ediblər.

Seçilən
38
teleqraf.com

1Mənbələr