ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 14 aprel, AZƏRTAC
ABŞ və İsrailin İrana qarşı apardığı müharibə başa çatdıqdan sonra qlobal yanacaq və gübrə qiymətlərinin uzun müddət yüksək səviyyədə qalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və Beynəlxalq Enerji Agentliyinin birgə bəyanatında əksini tapıb.
Sənəddə qeyd olunur: “Vəziyyət hələ də olduqca qeyri-müəyyəndir və Hörmüz boğazından keçən gəmiçilik tam bərpa olunmayıb. Hətta boğazdan normal gəmiçiliyin bərpasından sonra belə, əsas malların qlobal tədarükünün münaqişədən əvvəlki səviyyəyə qayıtması üçün vaxt tələb olunacaq. İnfrastrukturun zədələnməsi səbəbindən yanacaq və gübrə qiymətləri uzun müddət yüksək qala bilər”.
Bəyanatda vurğulanır ki, mövcud vəziyyət enerji və ərzaq bazarlarına mənfi təsir göstərməkdə davam edəcək.
Eyni zamanda, BVF və Dünya Bankı xammal və enerji təchizatında yaranan fasilələrdən ən çox zərər çəkən ölkələrə maliyyə dəstəyi göstərməyə hazır olduqlarını bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.