AZ

Vens: ABŞ İrandakı məqsədlərinə çatıb

Amerika administrasiyası hesab edir ki, İrana qarşı hərbi əməliyyatın vəzifələri yerinə yetirilib və münaqişənin sonlandırılmasına başlamaq vaxtı çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bildirib.

"Mən, həqiqətən, hesab edirəm ki, biz tapşırıqlarımızın yerinə yetirildiyi bir vəziyyətə gəlib çatmışıq. Biz bunu yekunlaşdırmağa başlaya bilərik", - o qeyd edib.

Bununla yanaşı, Vens münaqişəni "uğurlu danışıqlar"la başa çatdırmağa üstünlük verəcəyini vurğulayıb.

O həmçinin İranın "ABŞ-də narahatlıq doğuran" nüvə proqramı məsələsinə də toxunub:

"Buna görə də biz bu materialı (zənginləşdirilmiş uranı - red.) ölkədən tamamilə çıxarmaq istərdik ki, o, Birləşmiş Ştatların nəzarəti altında olsun... İranlıların nüvə silahına sahib olmaq niyyətində olmadıqlarını deməsi bir məsələdir, bunun baş verməyəcəyini təmin edən mexanizm yaratmağımız isə başqa bir məsələdir. Şübhəsiz ki, onların uranı zənginləşdirmək imkanının olmamasına zəmanət vermək də bunun bir hissəsidir".

Xatırladaq ki, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun keçən müzakirələr razılaşma əldə olunmadan başa çatıb.

Seçilən
46
2
far.az

6Mənbələr