Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Teatrda ele adam var ki, onlara salam vermirəm. Buna layiqdirlər. Yola verirlər, nəsə edirlər, amma olmaz".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "Gün ortası" verilişində deyib. O, sənət cameəsindəki paxıllıq və qeyri-səmimi münasibətlərdən gileylənib:
"Mənim nə qədər böyüklüyüm varsa, gənclərə əl tuturam, köməklik edirəm. Demirəm ki, maddi cəhətdən nəsə edirəm, amma onlarla özümü elə aparıram ki, səmimiyyəti pozmuram. Elə adamlar var ki, sənəti də var, titulu da var, amma onlara salam vermirəm. Deməyəcəyəm kimdir, təbii onlar ona layiqdirlər.
Teatrın maskasında bir üzü gülür, bir üzü isə kədərlidir. Bizdə də eynidir. İçimiz özümüzü, çölümüz özgəni yandırır. Mən böyük sənətkarlardan elə tərbiyə almışam ki, cavanların xətrinə dəymirəm. Zarafat da edirəm, dərdinə də qulaq asıram. İmkan daxilində yardım edirəm. Amma elə adamlar var ki, onlar kənardan sevinir ki, bu adam yıxıldı”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.