AZ

Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir...

Çuğundur şirəsi antioksidantlar və nitratlarla zəngindir və xüsusilə ürək-damar sağlamlığına müsbət təsir göstərir. Nitratlar bədəndə nitrik oksidə çevrilərək qan damarlarını genişləndirir və təzyiqi aşağı salır.

Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, bu içki fiziki dözümlülüyü artırır, qaraciyəri qoruyur və beyinə qan axınını yaxşılaşdıraraq yaddaş problemlərinin qarşısını almağa kömək edə bilər. Tərkibindəki betalainlər isə güclü antioksidant təsir göstərir.

Çuğundur şirəsi aşağı kalorili olsa da, tərkibində təbii şəkər çoxdur, buna görə gündə 1 stəkan içilməsi tövsiyə olunur. Həddindən artıq istifadə sidiyin rəngini dəyişə bilər, lakin bu zərərsizdir.

Böyrək daşı riski olanlar və aşağı təzyiqdən əziyyət çəkənlər isə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Milli.Az

Seçilən
53
4
milli.az

5Mənbələr