AZ

Vladiqafqazdakı pirotexnika anbarında baş verən partlayışda ölənlərin sayı üçə çatıb

Vladiqafqazdakı (Rusiya) pirotexnika anbarında aprelin 10-da baş verən partlayış nəticəsində ölənlərin sayı üçə çatıb.

"Report" xəbər verir ki, bu barədə Şimali Osetiya - Alaniya Respublikasının rəhbəri Sergey Menyaylo özünün "Telegram" kanalında bildirib.

"Böyük təəssüf hissi ilə bildirirəm ki, Vladiqafqazdakı fövqəladə hadisə nəticəsində daha bir zərərçəkən vəfat edib. Həkimlər sonadək onun həyatı uğrunda mübarizə apardılar, onu xilas etmək üçün mümkün olan hər şeyi etdilər. Müalicəyə federal yanıq mərkəzinin mütəxəssisləri qoşulmuşdu, daim məsləhətləşmələr aparılırdı, bütün mövcud tibbi resurslardan istifadə olunurdu", - o yazıb.

Menyaylonun sözlərinə görə, zərərçəkənin bədəninin 90 %-i yanmışdı.

Xatırladaq ki, hadisə aprelin 10-u gündüz saatlarında, pirotexnika məhsullarının saxlanıldığı anbar ərazisində baş vermişdi, o zaman iki nəfərin həlak olduğu bildirilmişdi.

Seçilən
29
far.az

1Mənbələr