AZ

Səfəvi: “ABŞ-ın ticarət gəmilərini məhv edəcəyik”

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını bağlamaq üçün yeni addımlar atacaqlarını bəyan edib.

Tribuna.az xəbər verir ki, o, bundan sonra boğazla hərəkət edəcək gəmiləri buraxmayacaqlarını bildirib.

“Dəniz blokadası” planını icra etməyə başladıqların bildirən Trampa İrandan cavab gəlib. İran Silahlı Qüvvələrinin komandan köməkçisi Yəhya Rəhim Səfəvi deyib ki, dəniz blokadası heç nəyi dəyişməyəcək. “İran Hörmüz boğazına nəzarət edir və bunu davam etdirəcək. Nefti də ixrac etməyə davam edəcək. Şübhəsiz ki, ABŞ bizim tankerləri vurarsa, biz də onların ticarət gəmilərini regionun bütün istiqamətlərində məhv edəcəyik”.

Fərda Uğur

Seçilən
25
tribunainfo.az

1Mənbələr