Tribuna.az xəbər verir ki, Polşanın sabiq prezidenti Lex Valensa O2 nəşrinə müsahibəsində bildirib ki, aldığı pensiyanın məbləğindən razı deyil və xərclərini qarşılamaq üçün işləməyə davam edir.
1990–1995-ci illərdə ölkəyə rəhbərlik etmiş Lex Valensa hazırkı dövlət başçısının maaşının 75%-i həcmində prezident pensiyası alır. Mövcud məzənnəyə görə bu, aylıq təxminən 3770 dollar təşkil edir.
“Mən pensiyamdan razıyam? Əgər razı olsaydım, göbələk yığmağa və ya balıq tutmağa gedərdim, amma hələ də işləyirəm”, – deyə o qeyd edib.
Keçmiş prezidentin sözlərinə görə, bu vəsaitin böyük hissəsi gündəlik xərclərə, tibbi xidmətlərə və peşəkar fəaliyyətini davam etdirməyə sərf olunur.
Lech Wałęsa həmçinin Polşanın Sosial Sığorta İdarəsi xətti ilə əlavə pensiya almaq hüququna malikdir, lakin onun sözlərinə görə, prinsipial olaraq bu ödənişləri qəbul etmir.
“20 ildir bu pensiyanı almıram, çünki Polşa kasıb ölkədir”, – deyə o bildirib.
İmran Kərimli