AZ

Ərdoğan bu ölkəni müharibə ilə hədələdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili müharibə ilə hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzetinin məlumatında qeyd olunub.

Siyasətçinin sözlərinə görə, İsrail mülki yaşayış məntəqələrinə hücumlar səbəbindən 1,2 milyon livanlını evlərindən qaçmağa məcbur edilib.

O, İsrailin Fələstinə də eyni şeyi etməsinin qarşısını almağa çağırıb.

“Liviyaya girdiyimiz kimi, İsrailə də girə bilərik. Bunu etməyimizə heç nə mane olmur”, – deyə Ərdoğan bildirib.

Buna cavab olaraq İsrailin Mədəni İrs naziri Amiçay Eliyahu Türkiyə prezidentini imperialist ambisiyaları olan “meqaloman diktator” adlandırıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
globalinfo.az

1Mənbələr