Rusiya yeni Macarıstan rəhbərliyindən Moskva və Budapeşt arasında “praqmatik əlaqələrin” davam etməsini gözləyir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müxalifətdəki “Tisa” partiyasının Macarıstan parlament seçkilərindəki qələbəsini belə şərh edib.
“Macarlar seçimlərini ediblər. Biz bu seçimə hörmətlə yanaşırıq. Macarıstanın yeni rəhbərliyi ilə praqmatik əlaqələrimizi davam etdirməyi gözləyirik. Onların dialoqa hazır olduqları barədə açıqlamalar eşitmişik”, – deyə o bildirib.
Kremlin mətbuat katibi həmçinin deyib ki, yeni Macarıstan rəhbərliyinin növbəti addımlarını görmək üçün səbr lazımdır. Peskov əlavə edib: “Təkrar edirəm, biz,bütün Avropa ölkələri kimi, Macarıstanla da yaxşı münasibətlər qurmaqda maraqlıyıq”.
//Samir Qurbanov, Editor.az