AZ

Şaxtadan ölən xəstəni həyata qaytardılar: Həkimlər 5 saata “əridib” xilas etdi

Rusiyanın Yakutiyanın Mirnı şəhərində həkimlər qeyri-adi tibbi hadisəyə imza atıblar.

Musavat.com xəbər verir ki, şaxtada donmuş vəziyyətdə tapılan və 5 saat 34 dəqiqə klinik ölüm keçirən pasiyent həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılıb.

Məlumata görə, kişi bayram məclisindən sonra evinin yaxınlığındakı skamyada yuxuya gedib və güclü şaxtada donub. Hadisə yerinə çağırılan təcili yardım əməkdaşları onu nəbzsiz və nəfəs almayan vəziyyətdə aşkarlayıblar.

Reanimasiya şöbəsində növbədə olan anestezioloq-reanimatoloq Dmitri Bosikov pasiyentin xilas edilməsi üçün mərhələli isitmə üsulundan istifadə edib. Həkimlər əvvəlcə 4 saat ərzində xəstənin bədən temperaturunu 24 dərəcədən 34 dərəcəyə qaldırıblar.

Bundan sonra reanimasiya tədbirlərinə başlanılıb. Cəmi 25 dəqiqə sonra isə xəstənin ürək döyüntüsü bərpa olunub.

Həkimlər daha sonra kişini süni komaya salıblar. O, bir sutkadan sonra özünə gəlib, daha 5 gün sonra isə evə buraxılıb.

 

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr