AZ

Aİ Peter Madyara 27 şərt irəli sürdü

Avropa İttifaqı (Aİ) Macarıstanda parlament seçkisində qalib gələn Peter Madyara 35 milyard avroluq Avropa subsidiyalarının dondurulmasının aradan qaldırılması üçün 27 şərt irəli sürüb.

Moderator.az bildirir ki, bu barədə "Financial Times" mənbəyə istinadən xəbər verir.

Əsas tələblər arasında Ukraynaya 90 milyard avroluq kreditin verilməsinin blokdan çıxarılması, Rusiyaya qarşı sanksiyalar paketinə qoyulmuş vetonun götürülməsi, korrupsiyaya qarşı yoxlamaların aparılması, həmçinin Macarıstanın baş naziri Viktor Orbanın Aİ qaydalarını pozan, o cümlədən miqrantlarla rəftar sahəsindəki qərarlarının ləğvi göstərilir.

"Financial Times"ın məlumatına görə, Avropa Komissiyası həmçinin Macarıstanla miqrantlara sığınacaq verilməsi ilə bağlı Avropa qanunvericiliyinə əməl edilməməsi barədə mübahisənin nizama salınması üçün tezliklə danışıqlar aparılmasında israr edir. Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar çıxarıb, lakin Macarıstan buna məhəl qoymur. Nəticədə ölkə gündəlik 1 milyon avro cərimə ödəyir. Ümumi məbləğ artıq demək olar ki, 900 milyon avroya çatıb və Aİ büdcəsindən çıxılır.

Seçilən
26
2
moderator.az

3Mənbələr