ain.az, Avtosfer portalına istinadən məlumat verir.
İranda "Starlink" peyk interneti terminallarından istifadə etdiyinə görə on nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qum əyalətinin kiberpolis idarəsi məlumat yayıb. Qeyd olunur ki, İslam Respublikasında "Starlink" avadanlıqları təhlükəli mallar kateqoriyasına daxil edilib və bu cihazların sahibləri mövcud qanunvericiliyə uyğun olaraq sərt şəkildə cəzalandırılacaqlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.