AZ

Nene Avropa nəhənglərinin hədəfində

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

​”Fənərbağça”nın mövsümün əvvəlində böyük ümidlərlə heyətinə qatdığı Dorgeles Nene sərgilədiyi oyunla Avropa klublarını hərəkətə keçirib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı futbolçunun yüksələn forması nəhənglərin diqqətindən qaçmayıb.

Super Liqanın son turunda “Kayserispor”u 4:0 hesabı ilə məğlub edən “sarı-lacivərdlilər”in heyətində Nene növbəti dəfə qol sevincini yaşayıb. Bununla da malili hücumçu bu mövsüm liqada vurduğu qolların sayını 10-a çatdırıb.

“Africa Top Sports”un yaydığı məlumata görə, yay transfer pəncərəsi yaxınlaşdıqca “Borussiya Dortmund”, “Bayer Leverkusen” və “Marsel” kimi klubların skautları Nenenin çıxışını yaxından izləyirlər. Futbolçunun bu performansı davam edəcəyi təqdirdə, “Fənərbaxça”nın onu yayda heyətdə saxlaması çətin görünür.

Mövsümün əvvəlində 18 milyon avroya “Zalsburq”dan alınan Nene, “Fənərbağça” forması ilə çıxdığı 37 rəsmi matçda 11 qol və 10 asistlə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
futbolpress.az

1Mənbələr