AZ

“Barselona” 18 yaşlı müdafiəçi alır

Niderlandın “Tvente” klubunda çıxış edən mərkəz müdafiəçisi Rud Neystad karyerasını İspaniya La Liqasında davam etidrə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Barselona” 18 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bildirilir ki, skautlar Joao Amaralın rəhbərliyi altında son bir neçə ay ərzində futbolçunu yaxından izləyiblər. Lakin hazırda transferin baş tutması sual altındadır. “Tvente” niderlandlı oyunçu üçün 8 milyon məbləğində ödəniş tələb edir, “Barselona” isə bu qiyməti yüksək hesab edir və tərəflər arasında danışıqlar davam edir.

Gənc futbolçuya Münhenin “Bavariya” klubu və İngiltərə çempionatının aparıcı komandaları da maraq göstərir.

Cari mövsümdə Neystad əsas komandada möhkəmlənərək 24 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Tvente” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Seçilən
19
90deqiqe.az

1Mənbələr