Lamin Yamal “Barselona”nın UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında çıxış edib.
90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu hazırda "Santos"da çıxış edən braziliyalı ulduz Neymarın onun üçün ilham mənbəyi olub-olmaması ilə bağlı sualını cavablandırıb.
“Neymar mənim uşaqlığımı formalaşdıran futbolçudur. O mənim kumirimdir və ona hər zaman minnətdar olacağam. İnsanların bilet alıb stadionlara getməsinə səbəb olan oyunçudur. Futbola verdiyi hər şeyə görə ona təşəkkür edirəm. Ümid edirəm ki, dünya çempionatına gedə biləcək”.
Qeyd edək ki, Barcelona aprelin 14-də UEFA Çempionlar Liqasında səfərdə "Atletiko Madrid" ilə qarşılaşacaq. İlk oyunda katalon klubu 0:2 hesabı ilə məğlub olub.