Evdə qatıq çalarkən hər kəsin bildiyi qaydaları alt-üst edən bu yeni üsul qatığın həm "daş kimi" bərk, həm də bol qaymaqlı olmasını təmin edir.
Milli.Az xəbər verir ki, südü qaynatdıqdan sonra onun ilıqlaşmasını gözləmək qatıq çalmağın ən vacib mərhələsidir. Lakin bu mərhələdə istifadə edəcəyiniz kiçik bir blender hiyləsi qatığın strukturunu tamamilə dəyişir.
Süd qaynadıqdan sonra mayalama temperaturuna düşməsini gözləyin. Süd lazımi istiliyə çatdıqda, mayanı əlavə etməzdən əvvəl blenderlə qısa müddət ərzində südü qarışdıraraq havalandırın.
Bu üsulun 4 möhtəşəm faydası:
Blenderlə havalandırılan süd, mayalanma zamanı daha sıx və dayanıqlı bir struktur yaradır. Beləliklə, qatıq kəsildikdə dağılmır, qaşığı vurduqda isə formasını qoruyur.
Blender südün içindəki yağ molekullarının bərabər paylanmasını və səthə çıxmasını təmin edir. Nəticədə qatığın üzərində təbii və qalın bir qaymaq təbəqəsi yaranır.
Havalandırma prosesi südün daha homojen olmasını təmin edir. Bu da qatığın ağızda əriyən, hamar və pürüzsüz bir dadda olmasına kömək edir.
Doğru temperatur və blenderlə qarışdırma birləşdikdə, ev qatığının ləzzəti bir pillə yuxarı qalxır.
Mayalama zamanı diqqət edilməli məqamlar:
Süd nə çox isti, nə də çox soyuq olmalıdır (təxminən 42-45°C).
Maya əlavə edildikdən sonra qabı tərpətməyin.
Qatığı bükərək sabit temperaturda, titrəyiş olmayan yerdə dincəlməyə qoyun.
Lalə Qüdrətova
Milli.Az