Tramp İranla bağlı məsələdən sonra Venesueladan sonra Kubaya da “baş çəkəcəyini” anons edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı prosesləri başa çatdırdıqdan sonra növbəti hədəfinin Kuba olacağını işarə edib.
Tramp İranla bağlı vəziyyəti şərh edərkən bildirib ki, hazırda Tehran tamamilə blokadadadır və heç bir ticarət aparmır.
Onun sözlərinə görə, İranın gəmilərinin hərəkətinə qarşı qoyulan bu sərt məhdudiyyətləri asanlıqla saxlamaq mümkündür.
“Biz bununla məşğul olacağıq və bəlkə də bundan sonra Kubaya baş çəkəcəyik”, – Tramp qeyd edib.
O, Kubanı illərdir Fidel Kastronun “dəhşətli şəkildə” idarə etdiyi bir ölkə kimi xarakterizə edib.
Xuraman Etibarlı
İnterpress.az