AZ

Ermənistanda seçkiöncəsi durum gərginləşdi

Ermənistanda iki aydan sonra keçiriləcək parlament seçkiləri ərəfəsində daxili siyasi vəziyyət kəskinləşib. Müxalifət qüvvələrinin birləşərək genişmiqyaslı aksiyalara başladığı bildirilir.

News365.az xəbər verir ki, ötən həftəsonu paytaxt İrəvanda son ayların ən izdihamlı mitinqlərindən biri baş tutub.

Məlumata görə, “Güclü Ermənistan” partiyasının və onun ətrafında formalaşan müxalif siyasi ittifaqın təşkil etdiyi yürüşdə təxminən 40 min insan iştirak edib. Aksiyanın əsas hədəfi hakimiyyət dəyişikliyi və yeni iqtisadi kursun müəyyənləşdirilməsidir.

Hərəkatın lideri, baş nazirliyə namizədliyi irəli sürülən tanınmış iş adamı Samvel Karapetyan hazırda ev dustaqlığında olduğu üçün aksiyaya video bağlantı vasitəsilə qoşulub. Azadlıq meydanında quraşdırılan böyük ekranlarda tərəfdarlarına müraciət edən Karapetyan ölkədə iqtisadi islahatların vacibliyini və dini parçalanmaya son qoyulmasının zəruriliyini vurğulayıb.

Aprelin 11-də İrəvanın mərkəzi küçələri ilə hökumət binasının yanından keçən nümayişçilər “Samvel – Baş nazir” şüarları səsləndiriblər. Medianın verdiyi məlumata görə, yürüş insidentsiz başa çatıb və hüquq-mühafizə orqanları aksiyaya müdaxilə etməyib.

Qeyd edək ki, Ermənistandakı seçkiönü proseslər beynəlxalq müstəvidə də yaxından izlənilir. Kreml artıq məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayaraq Ermənistandakı seçkilərin gedişatını diqqətdə saxladıqlarını bildirib.

Seçilən
11
3
news365.az

4Mənbələr