AZ

Peskovdan Orbana tərs şillə: Gözlənilmədən etiraf etdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Kremlin sözçüsü Dmitri Peskov Moskva ilə Viktor Orban arasında heç vaxt dostluq münasibətlərinin olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, Peskov bu barədə yerli mediaya açıqlamasında danışıb.

Onun sözlərinə görə, Rusiya ilə Macarıstan arasında əlaqələr şəxsi münasibətlərə deyil, konkret siyasi və iqtisadi maraqlara əsaslanan praqmatik dialoq üzərində qurulub.

O vurğulayıb ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı fayda prinsipi ilə inkişaf etdirilir.

Kremlin nümayəndəsi əlavə edib ki, Moskva müxtəlif ölkələrlə münasibətlərini məhz bu cür yanaşma ilə formalaşdırır və bu, beynəlxalq siyasətdə daha sabit və real nəticələr əldə etməyə imkan verir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
globalinfo.az

1Mənbələr