AZ

ABŞ hesab edir ki, Hörmüzün blokadası zamanı gəmiləri ələ keçirmək hüququ var - KİV

ABŞ hesab edir ki, Hörmüzün blokadası zamanı gəmiləri ələ keçirmək hüququ var - KİV

Birləşmiş Ştatlar İran limanlarının blokadası planını açıqlayıb. Sənəddə Hörmüz boğazında tətbiq edilən tədbirləri pozan gəmilərin ələ keçirilməsi imkanı barədə xəbərdarlıq edilir.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi müvafiq rəsmi sənədə istinadən məlumat yayıb.

Xəbərdarlığa əsasən, blokada Şərq vaxtı ilə səhər saat 10:00-da (Bakı vaxtı ilə 18:00) qüvvəyə minir. İran sularındakı gəmilərə həmin vaxta qədər ərazini tərk etmək barədə ciddi göstəriş verilib. Əks halda, həmin gəmilər ABŞ hərbi qüvvələri tərəfindən "saxlanılma, istiqamətinin dəyişdirilməsi və ələ keçirilmə" obyekti hesab olunacaq.

Məlumata görə, blokada İranın bütün sahillərini, o cümlədən strateji əhəmiyyətli Hörmüz boğazından şərqdə yerləşən bütün əraziləri əhatə edəcək. Bu addım regionda hərbi-siyasi gərginliyi və enerji daşıyıcılarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Seçilən
21
afn.az

1Mənbələr