“Rusiya tərəfi hələlik Moskva ilə Budapeşt arasında münasibətlərin Macarıstanın baş naziri vəzifəsinə Peter Macarın seçilməsindən sonra necə dəyişəcəyini proqnozlaşdırmır. Bununla belə, Rusiya və Macarıstan arasında birgə layihələr mövcuddur və tərəflər birgə işləməlidirlər”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”a verdiyi açıqlamada bildirib. Kremlin rəsmisi vurğulayıb ki, Moskva ilə Budapeşt arasındakı münasibətlər hələ ki, qeyri-müəyyəndir”.
Peskovun sözlərinə görə, iki ölkə arasında kifayət qədər dolğun ikitərəfli gündəm və icra mərhələsində olan birgə layihələr var. “Bunlarla məşğul olmaq, müzakirələr aparmaq və ünsiyyət saxlamaq lazımdır. Ona görə də biz hesab edirik ki, birgə işləmək üçün hələ də mövzularımız var”.
Qeyd edək ki, Peskov daha əvvəl də oxşar açıqlama verərək bildirib və deyib ki, bir qədər səbirli olmağa ehtiyac var. O, həmçinin, TASS-a verdiyi şərhdə qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin iş qrafikində Macarıstan tərəfi ilə yüksək səviyyəli birbaşa görüşlər nəzərdə tutulmayıb, lakin Kreml bu cür təmasların vaxtı gəldikdə baş tutacağına ümid edir.
Nigar Həsənli
Musavat.com