AZ

Macarıstan Ukrayna vetosunu ləğv edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Macarıstanın yeni lideri Piter Maqyar Viktor Orban tərəfindən bloklanan Ukraynaya 90 milyard avro (105 milyard dollar) məbləğində kreditə qoyulan vetonu ləğv edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Macarıstanda seçki qələbəsindən sonra vəzifəni təhvil almağa hazırlaşan Piter Maqyar Avropa İttifaqı ilə uzun müddətdir davam edən əsas böhran mövzularından birini aradan qaldırmaq qərarına gəlib.

Budapeştdə keçirilən mətbuat konfransında çıxış edən Maqyar bildirib ki, Ukraynanın dövlət maliyyəsini dəstəkləməyə yönəlmiş maliyyə yardım paketinə münasibətdə Macarıstanın mövqeyi dəyişib.

O, Orban hökumətindən fərqli olaraq, Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditin təsdiqlənməsinə mane olmayacaqlarını qeyd edib.

Budapeşt kreditdə maliyyə baxımından iştirak etməmək hüququnu özündə saxlayacaq. Bununla da Macarıstan büdcəsindən birbaşa vəsait ayrılmayacaq, lakin digər 26 üzv dövlətin krediti təsdiqləyərək vəsaitlərin ayrılmasına şərait yaradılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
17
1
banco.az

2Mənbələr