AZ

Pəhan Hüseyn: Fazil bəy, siz məni TƏXRİBATA ÇƏKİRSİNİZ! - GƏRGİN DEBAT

"Müasir dünyada baş verən qlobal proseslər və regionun yeni geosiyasi mənzərəsi fonunda Azərbaycanın tutduğu mövqe bir çox tarixi proqnozların yenidən dəyərləndirilməsinə yol açır. Xüsusilə, Əbülfəz Elçibəyin geosiyasi dühasının uzaqgörənliyi bu gün baş verən hadisələrlə öz təsdiqini tapmaqdadır."

Bu mövzu ilə bağlı "TV Müsavat"ın canlı efirində sabiq Baş nazir Pənah Hüseyn maraqlı fikirlər səsləndirib.

O qeyd edib ki: "Bu günkü proseslər, dünyanın mənzərəsi və regionda Azərbaycanın vəziyyəti Əbülfəz Elçibəyin geosiyasi dühasının ən böyük əyanı doğruluğunu sübut edir. Bütöv Azərbaycan və Böyük Azərbaycan ideyasına hansısa bir ərazi iddiası kimi baxılması, əslində bu ideyaya qarşı aparılan antitəbliğatın bir formasıdır."

P.Hüseynin sözlərinə görə: "Müasir dövrün geosiyasi reallıqları və dövlətlərarası münasibətlər şəraitində Böyük Azərbaycan ideyası fərqli bir məzmun kəsb edir. Mənim yanaşmam ondan ibarətdir ki, İran İslam Respublikasının qonşular üçün təhdid mənbəyi olmaqdan çıxıb, onlarla əməkdaşlıq, dostluq və müttəfiqlik münasibətləri quran bir dövlətə çevrilməsi vacibdir. Bu, əslində İranın 'azərbaycanlaşması' deməkdir."

Sabiq Baş nazir fikirlərini belə tamamlayıb: "Azərbaycanın Türk dövlətləri ilə birgə, bu coğrafiyada mühüm və üzvi bir elementə çevrilməsi, əslində Bütöv və Böyük Azərbaycanın yaranma formalarından biridir. Bu proses təkcə sərhədlərlə deyil, həm də siyasi və strateji təsir imkanlarının genişlənməsi ilə bağlıdır."

Verilişdən həmin hissəni təqdim edirik. 

 

Seçilən
23
musavat.com

1Mənbələr