AZ

Bu səhər lazımi adamlar bizə zəng etdi Tramp

ain.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp İdarə Heyətinin brifinqində iddia edib ki, bazar ertəsi günü İran tərəfi onun administrasiyası ilə əlaqə saxlayaraq saziş bağlamaq istəyini ifadə edib.

Redaktor.az xəbər verir ki, Amerika lideri "bu səhər lazımi adamlar bizə zəng etdi, onlar razılığa gəlmək istəyirlər, onlar saziş bağlamağı çox istəyirlər, buna can atırlar" deyə bildirib.

Bundan əvvəl isə Reuters agentliyi yüksək rütbəli amerikalı rəsmiyə istinadən yazmışdı ki, İslamabadda Amerika tərəfi ilə aparılan danışıqlarda İran nümayəndə heyəti ABŞ-ın uranın zənginləşdirilməsinin dayandırılması və müvafiq sənaye müəssisələrinin məhv edilməsi tələbini yerinə yetirməkdən imtina edib. Məlumata görə, Tehran həmçinin Hörmüz boğazını gəmiçilik üçün tamamilə açmaqdan imtina edib. Bundan əlavə, İran Fələstindəki HƏMAS, Livandakı "Hizbullah" hərəkatlarına və Yəməndəki husilərə ("Ənsar Allah" hərəkatı) maliyyə dəstəyini kəsməyi rədd edib.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
50
redaktor.az

10Mənbələr