ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın yeni lideri Peter Magyar bildirib ki, o, Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avroluq kreditin verilməsinə mane olmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
"Bu qərar (Ukraynaya vəsait ayrılması ilə bağlı-red.) artıq dekabr ayında Brüsseldə qəbul olunub, ona görə də onun yenidən nəzərdən keçirilməsinin səbəbini anlamıram”, deyə Tisa Partiyasının lideri bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Budapeşt kreditdə iştirakdan imtina etmək imkanını saxlayacaq, çünki ölkə çox mürəkkəb maliyyə vəziyyətindədir. Məsələ burasındadır ki, razılaşma Macarıstana (Çexiya və Slovakiya ilə birlikdə) maliyyə töhfəsindən imtina etmək hüququ verir.
Mütəxəssislərin fikrincə, bu variant Ukrayna üçün "ideal” hesab olunmasa da, Avropa İttifaqının vəsaiti faktiki olaraq ayırmasına doğru atılmış mühüm addımdır.
Magyar həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə də toxunub. O bildirib ki, Kiyev üçün sürətləndirilmiş üzvlük prosedurunun əleyhinədir: "Müharibə vəziyyətində olan bir ölkənin Aİ-yə qəbul edilməsi mümkün deyil”.
O əlavə edib ki, bütün namizəd ölkələr eyni prosedurdan keçməlidir və prosesin sonunda Macarıstanda müvafiq referendum keçirmək istədiyini bildirib.
"Sky News"un məlumatına görə, Avropa İttifaqında Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditin tezliklə blokdan çıxarılacağı gözlənilir. Məlumata görə, Macarıstanın yeni hökumətinin rəhbəri Peter Magyarın bu kreditə qoyulmuş vetonu ləğv edəcəyi ehtimal edilir. Çərşənbə günü Avropa diplomatları Kiyevə vəsaitin ayrılmasını sürətləndirməyin ən uyğun yollarını müzakirə edəcəklər.
Bundan əvvəl Ukrayna üçün nəzərdə tutulmuş 90 milyard avroluq kredit Viktor Orbanın vetosu səbəbindən həyata keçirilə bilmirdi. Almaniya hökumətinin sözçüsü də bildirib ki, Berlin vəsaitlərin Ukraynaya tez bir zamanda köçürüləcəyini gözləyir.
"Ümid var ki, Ukraynaya yardım çox tez təqdim oluna bilər. Almaniya hökuməti bu istiqamətdə çalışır. Buna görə də Macarıstanda hökumətin tez bir zamanda formalaşmasını səbirsizliklə gözləyirik", deyə sözçü qeyd edib.
Bundan əlavə, Almaniya kansleri Fridrix Merz də bildirib ki, Macarıstanda seçkilərdə Peter Magyarın qələbəsindən sonra Aİ-də Rusiya ilə bağlı qərarların qəbul edilməsi daha asan olacaq.
Xatırladaq ki, fevralın əvvəlində Avropa İttifaqı uzun danışıqlardan sonra Ukrayna üçün növbəti iki il ərzində 90 milyard avro həcmində kredit mexanizmini razılaşdırmışdı. Bu məbləğin 60 milyard avrosunun hərbi dəstəyə, 30 milyard avrosunun isə büdcə ehtiyaclarına yönəldilməsi planlaşdırılır. Lakin kreditin ayrılması üçün blokun bütün üzv dövlətlərinin razılığı tələb olunduğundan, Macarıstan bu qərarı bloklamışdı.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.