AZ

Trampdan ard-arda sərt mesajlar: Hörmüz, İran, yeni hədəflər

ABŞ Prezidenti Donald Tramp bir neçə istiqamətdə diqqət çəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, son günlər Hörmüz boğazı üzərindən keçən gəmilərin sayı kəskin artıb. O bildirib ki, “dünən bu boğazdan 34 gəmi keçib və bu, qapanmadan sonra ən yüksək göstəricidir”.

ABŞ lideri eyni zamanda bildirib ki, qarşı tərəf – yəni İran – Vaşinqtonla əlaqə saxlayıb və razılaşma əldə etmək istəyir: “Onlar bizimlə əlaqə saxlayıb. Çox istəyirlər ki, razılaşma əldə olunsun”.

Bununla belə, Tramp sərt xəbərdarlıq da edib. O vurğulayıb ki, əgər İran iki həftə ərzində razılaşmaya getməzsə, nəticələr xoşagəlməz olacaq.

Nüvə mövzusu yenidən gündəmdə

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton İranın nüvə materiallarını nəzarətə götürmək niyyətindədir: “ABŞ İranın nüvə materialını götürəcək. Tehran nüvə silahından imtina etməyib”.

Vatikan və Kuba ilə bağlı qalmaqallı sözlər

Tramp çıxışında dini mövzuya da toxunaraq Pope Leo XIV barədə üzr istəməyəcəyini deyib: “Mən üzr istəməyəcəyəm, o artıq sözlər danışıb”.

Eyni zamanda, ABŞ lideri İran məsələsi bitdikdən sonra yeni istiqamətlərə baxa biləcəklərini də istisna etməyib: “Biz işi bitirdikdən sonra bəlkə də Kubaya da baxarıq”.

 

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr