Quba rayonunun Ördüc kəndində torpaq sürüşməsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, torpaq sürüşməsindən sonra kəndə gedən yol tamamilə bağlanıb.
Sakinlər bildiriblər ki, yolun bəzi hissələri çöküb və nəqliyyatın hərəkəti mümkünsüz hala gəlib.
Yaranmış vəziyyət kənd sakinlərinin gündəlik həyatını iflic edib, gediş-gəliş ciddi şəkildə məhdudlaşıb./oxu.az/