AZ

Madyar: Macarıstanın yeni hökuməti korrupsiya ilə mübarizəyə başlayacaq

Madyar: Macarıstanın yeni hökuməti korrupsiya ilə mübarizəyə başlayacaq

Macarıstanın yeni hökuməti korrupsiya ilə ciddi mübarizəyə başlayacaq, demokratiyanı gücləndirmək məqsədilə konstitusiyaya düzəlişlər edəcək və dövlət mediasında islahatlar həyata keçirəcək.

AFN.az xəbər verir ki, bu barədə Budapeştdə keçirilən mətbuat konfransında 12 aprel parlament seçkilərində qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar məlumat verib.

"Biz korrupsiya əleyhinə tədbirlər görəcəyik və Avropa Prokurorluğuna qoşulmağı təmin edəcəyik. Milli aktivlərin geri qaytarılması üzrə idarə yaradacağıq və əsas qanuna düzəlişlər edəcəyik ki, buna əsasən baş nazir postunu ən çoxu iki müddətə, yəni səkkiz il ərzində tutmaq mümkün olacaq", — deyə tezliklə baş nazir postunda Viktor Orbanı əvəz edəcək Madyar bildirib.

O, həmçinin Macarıstanda "hüququn aliliyini" təmin etməyi, "plüralist demokratiya" üçün şərait yaratmağı, çəkindirmə və tarazlıq sistemini bərpa etməyi planlaşdırdığını qeyd edib. Yeni hökumət rəhbəri dövlət mediasında əsaslı dəyişikliklərin olacağını da vurğulayıb.

Seçilən
17
afn.az

1Mənbələr