AZ

İran silahlı qüvvələri maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib

İran ABŞ ilə münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda silahlı qüvvələrinin maksimum döyüş hazırlığı vəziyyətində olduğunu bəyan edib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid İbn əl-Rza ölkənin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.

Yüksəkrütbəli hərbçi xəbərdarlıq edib ki, İslam Respublikasına qarşı istənilən təcavüz sərt və qətiyyətli cavabla qarşılanacaq.

Seçilən
20
far.az

1Mənbələr