Bakı. Trend:
Finlandiyanın ilk qadın prezidenti Tarja Halonen HelsinkiAzərbaycan Evinin qonağı olub.
Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin təşkilatçılığı iləkeçirilib. Evin rəhbəri Ülviyyə Cabbarova sabiq prezident TarjaHaloneni səmimi qarşılayaraq bu səfərin böyük əhəmiyyət daşıdığınıvə qürurverici olduğunu bildirib.
Tarja Halonen Azərbaycan haqqında müsbət fikirlərini bölüşərəkiki ölkə arasında münasibətlərin inkişafında mədəniyyətin xüsusirol oynadığını vurğulayıb. Bu əlaqələrin daha da gücləndirilməsiüçün konsert proqramlarının, mədəni tədbirlərin və Azərbaycanınzəngin milli mətbəxinin təqdimatının mühüm vasitə ola biləcəyiniqeyd edib.
Görüşdə Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistan üzrəsabiq fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər KonfransınınBakıda keçirilən 29-cu sessiyasına (COP29) diqqət çəkib. O, həminmüddətdə Helsinki Azərbaycan Evinin təşəbbüsü ilə görülən işlərinuğurlu nəticələrindən danışıb.
Daha sonra Azərbaycan Evinin müəllimi Sura AğaverdiyevaFinlandiyada Azərbaycan dilinin qorunmasının və gələcək nəsillərəötürülməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, xaricdəyaşayan soydaşlarımız üçün ana dili milli kimliyin əsasdayaqlarından biridir.
Tədbirdə Azərbaycan Evinin fəaliyyəti haqqında videoçarxgöstərilib. Skandinaviya Azərbaycanlıları Koordinasiya ŞurasınınFinlandiya üzrə koordinatoru, gənc musiqiçi Mona Savojifarın vəHelsinki Operasının müşayiətçisi Leyla Hüseynovanın ifasındaklassik və milli musiqi nümunələri səsləndirilib. Azərbaycan Evininnəzdindəki həftəsonu Azərbaycan məktəbinin şagirdlərinin Azərbaycanvə fin dillərində ifaları qonaqların zövqünü oxşayıb.
Görüşdə iki ölkənin diasporları arasında əməkdaşlığın daha dainkişaf etdirilməsi yolları barədə müzakirələr aparılıb.
Yazıçı və tərcüməçi Tahirə Cəfərovanın Azərbaycan ədəbiyyatındanfin dilinə tərcümə etdiyi kitablar, eləcə də Azərbaycan Evininşagirdlərinin hazırladığı xüsusi əl işləri sabiq prezidentə hədiyyəedilib.
Məlumat üçün bildirək ki, hazırda dünyanın 20 ölkəsində 32Azərbaycan Evi fəaliyyət göstərir.