Hesablama Palatasının 2025-ci ildə keçirdiyi nəzarət tədbirləri nəticəsində 1 milyard 554 milyon manatlıq nöqsan aşkarlanıb.
Xezerxeber.az xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Vüqar Gülməmmədov büdcəyə hesablanan zərərin bərpa edilən məbləğini də açıqlayıb.
O, qeyd edib ki, 2025-ci ilin iş planında əsasən keçirilən kənar dövlət maliyə nəzarəti tədbirlərində dövlət satınalmaları araşdırılıb və 32 auiditdə pozuntuya rast gəlinib. Palata sədri səmərəsiz xərclərin təyinatı və sahələri ilə bağlı da açıqlama verib:
Müzakirə zamanı millət vəkilləri daxili audit məsələsi barədə danışıb. Bilidirilib ki, daxili audit güclənməsə, uyğunsuzluqlar arta bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.