Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tatarıstanda insan tələfatı ilə nəticələnən ağır yol qəzası olub. Avtosfer.az xəbər verir ki, Kazanda baş verən hadisə müşahidə kamerasına düşüb. Məlumata görə, yüksək sürətlə hərəkət edən "Lexus" markalı avtomobil döngədə idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Zərbənin təsirindən beton maneəni parçalayan nəqliyyat vasitəsi park edilmiş 5 avtomobili əzib, daha sonra isə alışıb.
Hər gün 3 qaşıq bu qidadan yemək kifayətdir - Uzunömürlülüyün sirri açıldı


Hadisə nəticəsində "Lexus"un sürücüsü və iki sərnişini aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Dağılan beton parçaları ətrafdakı daha 3 avtomobilə ciddi ziyan vurub.
Şahidlərin sözlərinə görə, avtomobildə olan şəxslər ehtimal ki, şəhər sakinləri olmayıblar. Onların polis təqibindən qaçmağa çalışdıqları və yolun çıxılmaz (dalan) olduğunu bilmədikləri qeyd edilir. Həmçinin bildirilir ki, onlardan kəskin alkoqol qoxusu gəlib.
Faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.